İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Almaniyaya rəsmi səfərə gəlib. Dövlət başçısı Berlin-Brandenburq hava limanında fəxri qarovulla qarşılanıb.

30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də axşam saatlarında Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib.

MSNews.az xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Almaniyanın rəsmi şəxsləri qarşılayıblar.

Almaniya Federal Hökumətinin açıqlamasına əsasən, iyulun 21-də Prezident İlham Əliyevin Federal Kansler Fridrix Merts tərəfindən Kanslerlik binasında hərbi mərasimlə qarşılanması nəzərdə tutulur.

Görüş zamanı Azərbaycan ilə Almaniya arasında enerji və xammal sahəsində əməkdaşlıq, Azərbaycan–Ermənistan sülh prosesi, eləcə də beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi bildirilir. Danışıqlardan sonra İlham Əliyev və Fridrix Mertsin birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.