İngiltərə millisi 2026-cı il futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda keçirilən qarşılaşmada Fransanı 6:4 hesabı ilə məğlub edib.
MSNews.az xəbər verir ki, Mayamidə baş tutan görüşdə İngiltərə ilk hissəni 4:0 hesablı üstünlüklə tamamlayıb. Deklan Rays üçüncü dəqiqədə hesabı açıb, Ezri Konsa 19-cu dəqiqədə fərqi artırıb. Bukayo Saka isə 37-ci və 45+1-ci dəqiqələrdə fərqlənərək dubl müəllifi olub.
Fransa ikinci hissəyə sürətli başlayıb. Kilian Mbappe 48-ci və 67-ci dəqiqələrdə iki qol vurub, Bredli Barkola isə 54-cü dəqiqədə fərqlənib. Bununla Fransa hesab arasındakı fərqi minimuma endirib – 3:4.
Matçın 86-cı dəqiqəsində Saka penaltini dəqiq yerinə yetirərək het-trikini tamamlayıb. Ousman Dembele əlavə vaxtın altıncı dəqiqəsində Fransanın dördüncü qolunu vursa da, iki dəqiqə sonra Cud Bellingem yekun nəticəni müəyyənləşdirib – 4:6.
Beləliklə, İngiltərə dünya çempionatını üçüncü pillədə başa vuraraq 1966-cı ildə qazandığı çempionluqdan sonra turnirdə ən yüksək nəticəsini göstərib.