Moskvada kuryerlərin median maaşı 150 min rubla çatıb

Moskvada kuryerlərə təklif olunan median aylıq əməkhaqqı 150 min rubla yüksəlib. Bu göstərici ali təhsilli mütəxəssislərin maaşından 14 faiz çoxdur.

9

MSNews.az xəbər verir ki, bu barədə iş axtarışı və işçi seçimi xidməti “SuperJob” tərəfindən hazırlanan “Kuryer indeksi” araşdırmasında bildirilib. Göstərici işçinin əlinə keçən xalis aylıq məbləğ əsasında hesablanıb.

Araşdırmaya əsasən, Moskvada ali təhsilli mütəxəssislər üçün median əməkhaqqı 132 min rubl təşkil edir. Beləliklə, kuryerlərin gəliri ali məktəb diplomuna malik işçilərin əməkhaqqını təxminən 14 faiz üstələyir.

Texnikum və kollec məzunları, eləcə də orta ixtisas təhsilli işçilər üçün median maaş isə 97 min rubl səviyyəsində qiymətləndirilir. Bu kateqoriya ilə müqayisədə kuryerlərin əməkhaqqı 55 faiz yüksəkdir. Məlumatı “TASS”“Kommersant” da “SuperJob”un araşdırmasına istinadla yayıb.

Ekspertlər çatdırılma sahəsində əməkhaqqının kütləvi peşələr arasında ən yüksək göstəricilərdən biri olaraq qaldığını bildirirlər. Bu tendensiya kuryer xidmətlərinə tələbatın davam etməsi, sektorda işçi çatışmazlığı və şirkətlər arasında əməkdaşlar uğrunda yüksək rəqabətlə əlaqələndirilir.

 

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.