Mourinyo DÇ yarımfinalını “Real”-ın məşqçiləri ilə izləyib

Real Madrid-in baş məşqçisi Joze Mourinyo Fransa–İspaniya dünya çempionatı yarımfinalını klubun məşqçilər heyəti ilə birlikdə izləyib.

143

MSNews.az xəbər verir ki, bununla bağlı görüntülər matç zamanı yayımlanıb. Kadrlarda portuqaliyalı mütəxəssisin köməkçiləri ilə birlikdə qarşılaşmanı ekran qarşısından izlədiyi görünür.

Real Madrid-in rəsmi məlumatına görə, Fransa–İspaniya yarımfinalında klubun dörd futbolçusu iştirak edir. Fransa heyətində Kilian Mbappe, Orelyen Çuameni və İbrahima Konate, İspaniya millisində isə Mark Kukurelya meydana çıxmaq uğrunda mübarizə aparır.

Mourinyo iyulun 13-də “Real Madrid”ə qayıtdıqdan sonra komanda ilə ilk mövsümöncəsi məşqini keçirib. Klubun rəsmi açıqlamasında onun yeni mövsümə hazırlıq prosesinə məşqçilər heyəti ilə birlikdə başladığı bildirilib.

Portuqaliyalı məşqçinin heyətində Joao Tralyau, Sami Xedira, Pedro Maşadu, Antonio Dias, Roberto Merella və Nunu Santuş kimi mütəxəssislər yer alır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.