Arsenal və Beşikta Trossard üçün razılığa gəlib

Beşiktaş Leandro Trossardın transferi üçün Arsenal ilə 20 milyon avroluq razılıq əldə edib. Keçid hələ klublar tərəfindən rəsmi açıqlanmayıb.

16

MSNews.az xəbər verir ki, tanınmış insayder Fabrizio Romano İstanbul təmsilçisinin ümumi dəyəri 20 milyon avro olan transfer paketinin bütün detallarını yaxın günlərdə yekunlaşdıracağına əmin olduğunu bildirib.

Məlumata görə, Beşiktaş 18 milyon avronu birbaşa ödəyəcək, daha 2 milyon avro isə müqavilədə nəzərdə tutulan bonuslardan asılı olacaq. Klublar arasında prinsipial razılıq əldə edilsə də, keçid hələ Beşiktaş və Arsenal tərəfindən rəsmən elan edilməyib.

Son məlumatlara əsasən, Trossardın Türkiyəyə gedərək müqavilənin son prosedurlarını tamamlaması gözlənilir. Bu səbəbdən hazırkı mərhələdə futbolçunun artıq “Beşiktaş”a keçdiyini deyil, klubların transfer üzrə razılaşdığını bildirmək daha doğrudur.

31 yaşlı futbolçu 2023-cü ilin yanvarında “Brayton”dan “Arsenal”a transfer olunub. Hücum xəttinin müxtəlif mövqelərində çıxış edən Trossard London klubunda qol və məhsuldar ötürmələri ilə yadda qalıb. Premyer Liqa-nın rəsmi statistikası belçikalının İngiltərə çempionatında ümumilikdə 239 oyuna çıxaraq 52 qol və 37 məhsuldar ötürmə müəllifi olduğunu göstərir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.