Türkiyənin “Iğdır FK” klubu DÇ-2026-da iki fərqli milli komandanın kapitanı ilə diqqət mərkəzinə düşüb.
MSNews.az xəbər verir ki, “Anadolu Ajansı” və “TRT Spor” Türkiyənin 1-ci Liqa təmsilçisində çıxış edən Rayan Mendes və Leandro Bakunanın Dünya Kubokunda öz milli komandalarına kapitanlıq etdiyini yazıb.
Məlumata görə, Rayan Mendes DÇ-2026-da debüt edən Kabo-Verde millisinin kapitanı kimi İspaniyaya qarşı oyunda meydana çıxıb. Kabo-Verde həmin görüşdə turnirin favoritlərindən sayılan İspaniya ilə 0:0 hesablı heç-heçə edərək tarixi nəticəyə imza atıb.
Leandro Bakuna isə Kürasao millisinin kapitanı kimi Almaniyaya qarşı oyunda komandasını meydana çıxarıb. Kürasao da bu mundialda debüt edən komandalar sırasında yer alır.
Bununla da, “Iğdır FK” Dünya Kubokunda iki milli komandanın kapitanı ilə təmsil olunan ən diqqətçəkən klublardan biri kimi qeyd olunur.