Belçika və Misir milliləri FIFA Dünya Kubokuna heç-heçə ilə başlayıblar.
MSNews.az xəbər verir ki, “G” qrupunun ilk turunda keçirilən Belçika – Misir qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Oyun ABŞ-ın Sietl şəhərində keçirilib.

“Fironlar” 19-cu dəqiqədə hesabı açıb. Mohamed Salahın ötürməsindən sonra Emam Aşour güclü zərbə ilə topu Belçika qapısından keçirib.
İlk hissədə Misir daha intizamlı və kompakt oyun nümayiş etdirib. Belçika isə fasiləyə qədər hücumda ciddi üstünlük qura bilməyib.
İkinci hissədə “Qırmızı Şeytanlar” təzyiqi artırıb və 66-cı dəqiqədə hesabı bərabərləşdirib. Tomas Meunyenin cinahdan ötürməsindən sonra top Misir müdafiəçisi Mohamed Hanyə dəyərək qapıya daxil olub.
Belçikanın hücumçusu Romelu Lukaku matça ehtiyat oyunçular skamyasında başlayıb. O, ikinci hissədə meydana daxil olaraq Belçikanın hücum xəttini gücləndirməyə çalışıb.
Belçika oyunun son hissəsində qələbə qoluna yaxın olsa da, Kevin De Bruynenin cərimə zərbəsi qapı dirəyindən dönüb. Misir isə müdafiədə dayanıqlı çıxış edərək hesabı qorumağı bacarıb.
Bu nəticədən sonra hər iki komanda “G” qrupunda turnirə 1 xalla başlayıb. Qrupun digər komandaları İran və Yeni Zelandiyadır. Bu qarşılaşma isə bu gün Bakı vaxtı ilə 05:00-da qarşılaşacaqlar.