17 yaşlı Xilberto Mora mundialın ən gənc oyunçusudur

Meksika millisinin 17 yaşlı futbolçusu Gilberto Mora mundialın açılış oyununda meydana çıxaraq turnirin ən gənc iştirakçısı kimi diqqət çəkib.

29

Meksika millisinin 17 yaşlı futbolçusu Xilberto Mora DÇ-2026-nın açılış matçında meydana çıxaraq mundialda debüt edib.

MSNews.az xəbər verir ki, ilkin məlumata görə, Mora Meksika və Cənubi Afrika Respublikası arasında keçirilən “A” qrupu matçında əvəzetmədən oyuna daxil olub. Bununla da o, bu mundialın ən gənc iştirakçısı kimi diqqət mərkəzinə düşüb.

2008-ci il təvəllüdlü Mora DÇ-2026-nın 48 komandası arasında ən gənc futbolçudur. “Tixuana” klubunun yarımmüdafiəçisi daha əvvəl Meksika millisinin heyətində 2025-ci il KONKAKAF Qızıl Kubokunda da çıxış edib.

Meksika yığmasının baş məşqçisi Xavyer Aqirre CAR-la açılış oyununda bir sıra təcrübəli futbolçuları start heyətindən kənarda saxlayıb və heyətdə gənc oyunçulara da yer verib.

Qarşılaşma Mexikodakı “Estadio Azteca” stadionunda keçirilir. Meksika bu turnirə ev sahibi ölkələrdən biri kimi qatılıb.