Jurnalist Şakiranı gördü, canlı yayımı dayandırdı

Argentinalı jurnalist Marselo Benedetto Dünya Kuboku öncəsi “Estadio Azteca”da canlı yayım zamanı Şakiranı görüb və onunla foto çəkdirmək üçün yayımı qısa müddətə dayandırıb.

18

Argentinalı jurnalist Marselo Benedetto Dünya Kuboku öncəsi canlı yayım zamanı qeyri-adi addımı ilə sosial mediada gündəm olub.

MSNews.az xəbər verir ki, “TN” nəşrinin məlumatına görə, Benedetto DSPORTS üçün Meksikadakı “Estadio Azteca”dan canlı bağlantı edərkən stadionda Şakiranı görüb. Jurnalist yayım zamanı “onu tapmağa gedirəm” deyərək mikrofonu kənara qoyub və kolumbiyalı müğənniyə tərəf hərəkət edib.

Məlumata əsasən, Benedetto təhlükəsizlik zonasına yaxınlaşaraq Şakiradan foto istəyib. Müğənni jurnalistin istəyini geri çevirməyib və onunla şəkil çəkdirib. Bundan sonra argentinalı reportyor yenidən kameralar qarşısına qayıdaraq canlı yayıma davam edib.