Kot-d’İvuar millisi Dünya Kubokuna fil motivli kostyumlarla gəldi

Kot-d’İvuar millisi 2026 Dünya Kubokuna yerli dizayner Ibrahim Fernandez tərəfindən hazırlanan, arxasında fil təsviri olan xüsusi kostyumlarla yollanıb. Komandanın geyimi sosial mediada böyük maraq doğurub.

178

Kot-d’İvuar millisi Dünya Kuboku ərəfəsində xüsusi geyim tərzi ilə futbolsevərlərin diqqətini çəkib.

MSNews.az xəbər verir ki, “BellaNaija” portalının məlumatına görə, Afrika təmsilçisi turnir üçün səfərə yerli dizayner İbrahim Fernandes tərəfindən hazırlanan xüsusi kostyumlarla çıxıb. Narıncı-sarı tonlarda hazırlanmış pencəklərin arxa hissəsində böyük fil təsviri yer alıb.

Fil motivi Kot-d’İvuar millisinin “Les Éléphants” — “Fillər” ləqəbinə və ölkənin futbol kimliyinə simvolik istinad kimi təqdim olunur. “Africa Fashion Tour” yazır ki, geyim komandanın milli qürurunu, mədəni irsini və tərəfdarlarla birliyini əks etdirmək məqsədi daşıyır.

Dizayner İbrahim Fernandes Kuturun rəsmi “Instagram” paylaşımında da kostyumların Kot-d’İvuar millisinin Dünya Kuboku yolçuluğu üçün hazırlandığı qeyd olunub. Sosial mediada azarkeşlər Afrika komandasının turnir başlamamış “stil üzrə dünya çempionu” olduğunu yazaraq geyimləri yüksək qiymətləndiriblər.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.