Ançelotti Dünya Kubokunun ən çox maaş alan məşqçisidir

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il Dünya Kubokunda ən yüksək maaş alan çalışdırıcı kimi göstərilir. İtalyan mütəxəssisin illik qazancının 10 milyon avro olduğu bildirilir.

12

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin 2026 Dünya Kubokunda ən yüksək maaş alan çalışdırıcı olduğu bildirilir.

MSNews.az xəbər verir ki, “Finance Football” portalının araşdırmasına əsasən, italiyalı mütəxəssis Braziliya millisində illik 10 milyon avro qazanır. Bu göstərici ilə Ançelotti turnirdə iştirak edən milli komanda baş məşqçiləri arasında ilk sırada yer alır.

Sıralamada ikinci yerdə Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann göstərilir. Onun illik maaşının 7 milyon avro olduğu bildirilir. İlk üçlüyü isə ABŞ millisinin argentinalı baş məşqçisi Maurisio Poçettino tamamlayır. Mənbəyə görə, Poçettino ildə 6 milyon avro qazanır.

Reuters” daha əvvəl Braziliya Futbol Konfederasiyasına istinadən yazmışdı ki, Ançelotti Braziliya millisi ilə müqaviləsini 2030-cu il Dünya Kubokunadək uzadıb. “DFB” isə Naqelsmannın Almaniya millisi ilə müqaviləsinin 2028-ci ilədək uzadıldığını açıqlayıb. “U.S. Soccer” məlumatında Poçettinonun ABŞ millisini 2026-cı il Dünya Kubokuna hazırlamaq üçün baş məşqçi təyin edildiyi qeyd olunur.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.