İngilis azarkeş 48 ölkədən pivə topladı

İngilis azarkeş Qas Halli DÇ-2026-da iştirak edən 48 ölkənin hər birini təmsil edən pivə kolleksiyası hazırlayıb. O, bu ənənəni əvvəlki turnirlərdə də davam etdirib.

245

MSNews.az xəbər verir ki, ingilis azarkeş dünya çempionatı ərəfəsində qeyri-adi kolleksiyası ilə sosial şəbəkələrdə diqqət çəkib.

“Away Days at The Football” səhifəsinin məlumatına görə, İngiltərə və “Çeltenhem Taun” azarkeşi Qas mundialda iştirak edəcək 48 ölkənin hər birindən pivə əldə etməyi qarşısına məqsəd qoyub.

Azarkeş turnirin başlamasına bir neçə gün qalmış çağırışını tamamladığını bildirib və 48 müxtəlif ölkəyə aid pivə butulkalarından ibarət kolleksiyasını nümayiş etdirib.

Qeyd edək ki, FIFA-nın rəsmi məlumatına əsasən, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Turnir Kanada, Meksika və ABŞ-da təşkil olunacaq.

Qasın bu qeyri-adi kolleksiyası futbol azarkeşləri arasında mundial həyəcanının təkcə stadionlarda deyil, fərqli şəxsi təşəbbüslərdə də özünü göstərdiyini nümayiş etdirib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.