Rusiya Müdafiə Nazirliyində yeni korrupsiya iddiası

Rusiya Müdafiə Nazirliyinin Baş Avtomobil-Zirehli Tank İdarəsinin Avtonəqliyyat İdarəsinin rəisi polkovnik Dmitri Nastoyaşiyin həbs edildiyi iddia olunur. Məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

174

Rusiya Müdafiə Nazirliyinin Baş Avtomobil-Zirehli Tank İdarəsinin Avtonəqliyyat İdarəsinin rəisi, polkovnik Dmitri Nastoyaşiyin həbs edildiyi iddia olunur.

MSNews.az xəbər verir ki, bu barədə “VÇK-OGPU” teleqram kanalı məlumat yayıb. Kanalın iddiasına görə, polkovnik xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edilir.

Bununla belə, dərc olunma anına qədər Rusiya Müdafiə Nazirliyi, İstintaq Komitəsi və ya məhkəmə orqanları tərəfindən Nastoyaşiyin saxlanılması və ya həbsi ilə bağlı rəsmi açıqlama verilməyib. Bu səbəbdən məlumat hələlik rəsmi təsdiqini tapmamış iddia kimi qiymətləndirilir.

Baş Avtomobil-Zirehli Tank İdarəsinin strukturlarında bundan əvvəl də korrupsiya qalmaqalları yaşanıb. “Kommersant”ın məlumatına görə, GABTU-nun utilizasiya xidmətinin keçmiş rəisi polkovnik İlya Timofeyev 2023-cü ilin avqustunda saxlanılıb. O, silinmiş zirehli və tank texnikasının demilitarizasiyası ilə bağlı kommersiya şirkətlərindən rüşvət almaqda ittiham olunurdu.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.