Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP layihəsinin Cənubi Qafqaz və qonşu ölkələr üçün “oyun dəyişdirən” layihə olduğunu bildirib.
MSNews.az xəbər verir ki, Paşinyan seçkilərin regiona mümkün təsiri ilə bağlı suala cavabında regional sülh perspektivinə inandığını deyib.
“Regional dinc gələcəyimizə əminəm, çünki xoşbəxtlikdən Azərbaycanla sülhümüz, Gürcüstanla çox dərin münasibətlərimiz var. Türkiyə ilə diplomatik münasibətlərimizin olacağını gözləyirəm. Əminəm ki, yaxın gələcəkdə Türkiyə ilə dəmir yolu və avtomobil yolları da açılacaq”, – deyə Ermənistan baş naziri bildirib.
Paşinyan TRIPP layihəsinin region ölkələri üçün mühüm iqtisadi və nəqliyyat imkanları yaradacağını vurğulayıb. Onun sözlərinə görə, bu layihə Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İran üçün faydalıdır.