Ermənistan MSK “Güclü Ermənistan”ın qeydiyyatını ləğv etmədi

Ermənistan Mərkəzi Seçki Komissiyası Samvel Karapetyanla əlaqəli “Güclü Ermənistan” blokunun parlament seçkilərində iştirak hüququnun ləğvi barədə müraciəti rədd edib.

14

Ermənistan Mərkəzi Seçki Komissiyası “Güclü Ermənistan” blokunun parlament seçkilərində iştirak hüququnun ləğv edilməsi barədə müraciəti rədd edib.

MSNews.az xəbər verir ki, “OC Media”nin məlumatına görə, qərar iyunun 7-də keçirilən parlament seçkilərindən bir gün əvvəl qəbul olunub. Müraciət “Respublika” Partiyasının nümayəndələri tərəfindən təqdim edilmişdi.

UNN” yazır ki, Ermənistan MSK müraciətə təxminən iki saat baxdıqdan sonra onu yekdilliklə rədd edib. Komissiya sədri Vaaqn Hovakimyan qərarı elan edərkən bildirib ki, “Güclü Ermənistan” blokunun qeydiyyatının etibarsız sayılması üçün hüquqi əsas yoxdur və müraciət əsasən ehtimallara söykənir.

Məlumata əsasən, Ermənistan seçki qanunvericiliyinə görə, partiya və ya blokun qeydiyyatı yalnız sənədlərdə saxtalaşdırma halları sonradan aşkarlandıqda ləğv edilə bilər. MSK üzvləri bu halda belə əsasların mövcud olmadığını bildiriblər.

News.am”ın məlumatına görə, “Respublika” Partiyası müraciətində “Güclü Ermənistan”ın seçki siyahısının qeydiyyatının etibarsız sayılmasını tələb edib. Partiya nümayəndələri bunu seçki prosesinə xarici təsir, maliyyə şəffaflığı və seçicilərə mümkün təzyiq iddiaları ilə əsaslandırıblar.

Reuters” agentliyi yazır ki, “Güclü Ermənistan” bloku Rusiyada sərvət qazanmış erməni əsilli iş adamı Samvel Karapetyanla əlaqələndirilir və seçki kampaniyasında hakim “Mülki Müqavilə” Partiyasının əsas rəqiblərindən biri kimi göstərilir. Agentliyin məlumatına görə, sorğularda blokun dəstəyi 6-11 faiz aralığında qiymətləndirilirdi.

Armenpress” daha əvvəl yazmışdı ki, “Güclü Ermənistan” Samvel Karapetyanı baş nazirliyə namizəd kimi irəli sürüb. Bununla belə, Ermənistan qanunvericiliyində baş nazir postu üçün yalnız Ermənistan vətəndaşlığına malik olmaq və son dörd ildə ölkədə yaşamaq kimi tələblər mövcuddur. Karapetyanın isə ikili vətəndaşlığı olduğu bildirilir.

Seçkiönü proseslər fonunda “Güclü Ermənistan” ətrafında hüquqi və siyasi gərginlik artıb. “Reuters”in məlumatına görə, seçkidən bir gün əvvəl blokun 6 namizədi saxlanılıb. Samvel Karapetyanın özü isə hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə ev dustaqlığındadır. O, ittihamları siyasi motivli hesab edir.

Hazırda “Güclü Ermənistan” blokunun qeydiyyatı qüvvədə saxlanılıb və blok parlament seçkilərində iştirakını davam etdirir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.