Ukrayna minifutbol üzrə Avropa çempionatının finalına yüksəldi

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında Ukrayna millisi Macarıstanı 5:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

373

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı müəyyənləşib.

MSNews.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda Macarıstan və Ukrayna milliləri üz-üzə gəliblər. Görüş Ukrayna yığmasının 5:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Ukrayna millisinin heyətində V. İvanov dubl edib. Komandanın digər qollarını D. Blank, O. Kolesnikov və D. Sorokin vurublar. Macarıstan millisinin yeganə qoluna isə T. Kesz imza atıb.

Beləliklə, Ukrayna millisi Avropa çempionatının finalına yüksəlib. Komanda həlledici qarşılaşmada Serbiya – Azərbaycan cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi bu gün yarımfinal mərhələsində Serbiya ilə qarşılaşacaq. Görüş Bratislavadakı “Tipos Arena”da Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.