Azərbaycan millisi Fransanı məğlub edərək qrupu lider tamamladı

Azərbaycan minifutbol millisi Avropa çempionatının "F" qrupunda Fransa yığmasını 3:2 hesabı ilə məğlub edərək qrup mərhələsini 9 xalla lider kimi tamamlayıb. 

211

Azərbaycan minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında qrup mərhələsini maksimum nəticə ilə başa vurub.

MSNews.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda “F” qrupundakı son oyununda Fransa millisi ilə qarşılaşıb. Gərgin keçən görüş Azərbaycan yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində Cəfər Cəfərov, Elvin ƏlizadəRamiz Çovdarov fərqləniblər. Bu nəticədən sonra Azərbaycan millisi qrup mərhələsində üçüncü qələbəsini qazanaraq “F” qrupunu lider kimi tamamlayıb.

Azərbaycan yığması turnirə Avstriya üzərində 1:0 hesablı qələbə ilə başlamışdı. Daha sonra millimiz İtaliya seçməsini 3:0 hesabı ilə məğlub edərək pley-offa vəsiqəni vaxtından əvvəl təmin etmişdi.

Beləliklə, dünya çempionu olan Azərbaycan millisi Avropa çempionatında da iddiasını davam etdirir. Komanda pley-off mərhələsinə qrup lideri kimi yüksəlməklə növbəti raund öncəsi üstün mövqe qazanıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti