2026/27 mövsümü üçün Misli Premyer Liqasına vəsiqə qazanan son komanda müəyyənləşib.
MSNews.az xəbər verir ki, pley-off qarşılaşmasında “Qəbələ” “Mingəçevir”lə üz-üzə gəlib. Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirilən matç Qəbələ təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 36-cı dəqiqədə açılıb. “Mingəçevir”in futbolçusu Əkbər Eyubov avtoqol müəllifi olub. Birinci hissəyə əlavə olunmuş 5-ci dəqiqədə isə Seydina Keyta penaltini dəqiq yerinə yetirərək matçın yekun hesabını müəyyənləşdirib.
Bu nəticədən sonra “Qəbələ” elitadakı yerini qoruyub və 2026/27 mövsümündə də Misli Premyer Liqasında çıxış etmək hüququ qazanıb. “Mingəçevir” isə I Liqanı ikinci pillədə tamamlamasına baxmayaraq, pley-off mərhələsində Premyer Liqaya yüksəlmək şansından istifadə edə bilməyib.
Qeyd edək ki, “Qəbələ” başa çatan mövsümdə Misli Premyer Liqasını 11-ci, “Mingəçevir” isə I Liqanı 2-ci pillədə başa vurmuşdu. Qarşılaşmanı baş hakim Tural Qurbanov idarə edib. Oyunda VAR sistemi də tətbiq olunub.