Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan minifutbol millisi Bratislavada keçirilən Avropa çempionatında ilk oyununda Avstriyanı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu İsa Atayev vurub.

283

Azərbaycanın minifutbol üzrə milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.

MSNews.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda “F” qrupunun ilk turunda Avstriya yığması ilə qarşılaşıb. Avropa Minifutbol Federasiyasının rəsmi matç səhifəsində də yer alan məlumata əsasən, görüş Bratislavadakı “Tipos Arena”da keçirilib.

Qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qol 36-cı dəqiqədə İsa Atayevin aktivinə yazılıb. Bu nəticə ilə millimiz qrup mərhələsinə uğurlu start verərək növbəti oyunlar öncəsi vacib üstünlük qazanıb.

Azərbaycan yığması “F” qrupunda növbəti matçlarını mayın 29-da İtaliyaya, mayın 30-da isə Fransaya qarşı keçirəcək.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Bratislavada təşkil olunur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.