“OnlyFans” platformasının məşhur simalarından biri olan Sofi Reyn adı açıqlanmayan basketbolçunun ona 15 milyon dollar təklif etdiyini iddia edib. Modelin sözlərinə görə, idmançı bu məbləği onunla intim münasibət qarşılığında ödəməyə hazır olub, lakin Reyn təklifi rədd edib. Bu barədə TMZ və NDTV məlumat yayıb.

Reyn bildirib ki, təklifi edən şəxsin kimliyini açıqlamaq istəmir. Onun sözlərinə görə, söhbət basketbolçudan gedir, lakin o, həmin idmançının karyerasına zərər vermək niyyətində deyil. TMZ yazır ki, model basketbolçunun adını çəkməkdən imtina edib və yalnız onun idman sahəsini təsdiqləyib.
NDTV-nin məlumatına görə, Sofi Reyn bu təklifi şəxsi dəyərlərinə görə qəbul etmədiyini deyib. Model bildirib ki, təklifdən imtina etdikdən sonra həmin idmançı onunla əlaqəni kəsib və mesajlarına cavab verməyib.
Sofi Reyn son illərdə “OnlyFans”-da ən çox qazanan kontent yaradıcılarından biri kimi tanınır. O, daha əvvəl platformadan ümumilikdə 100 milyon dollardan çox qazandığını iddia etmişdi. Reyn həmçinin şəxsi sərhədləri və dini dəyərləri barədə açıqlamaları ilə də tez-tez gündəmə gəlir.