Azərbaycan Ermənistana tikinti materialları ixrac etdi

Azərbaycan mayın 26-da Ermənistana 5 911,21 dollar dəyərində, 1 ton 497 kiloqram çəkidə ekstruziya olunmuş polistirol köpük lövhələr ixrac edib.

118

Mayın 26-da Azərbaycanda istehsal olunan tikinti materiallarının Ermənistana ixracı həyata keçirilib. Ümumi dəyəri 5 911,21 ABŞ dolları olan yük müvafiq gömrük prosedurlarından keçdikdən sonra Ermənistan istiqamətinə yola salınıb.

Məlumata əsasən, ixrac edilən məhsullar bina və qurğuların istilik izolyasiyası üçün nəzərdə tutulan ekstruziya olunmuş polistirol köpük lövhələrdən ibarətdir. Yükün ümumi çəkisi 1 ton 497 kiloqram təşkil edib.

Bu ixrac Azərbaycan və Ermənistan arasında son aylarda müşahidə olunan məhdud iqtisadi təmasların davamı kimi qiymətləndirilir. Daha əvvəl Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən yayılan xəbərlərdə 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın Ermənistana ixracının 9,646 milyon ABŞ dolları təşkil etdiyi bildirilmişdi. Aprel ayında isə Ermənistana göndərilən məhsulların dəyəri 3,889 milyon dollar olub.

Bundan əvvəl iki ölkə arasında ticarət əsasən yanacaq məhsulları ilə gündəmə gəlmişdi. Armenpress Ermənistan dövlət qurumlarına istinadən yazmışdı ki, 2025-ci ilin dekabrından 2026-cı il aprelin ortalarınadək Azərbaycandan Ermənistana dəmir yolu ilə 9 337 ton yanacaq idxal edilib və bu məhsulların gömrük dəyəri 7,2 milyon dollar təşkil edib.

Ekspertlər hesab edirlər ki, belə kiçik həcmli tədarüklər hələ tammiqyaslı iqtisadi əməkdaşlıq anlamına gəlməsə də, Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi fonunda praktik ticarət əlaqələrinin formalaşması baxımından diqqət çəkir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti