Ronaldu “Əl-Nəsr”lə ilk titulunu qazandı

1

Portuqaliyalı ulduz Kriştianu Ronaldu “Əl-Nəsr”lə Səudiyyə Ərəbistanı çempionu olub. Komanda çempionatın son turunda “Damak”ı 4:1 hesabı ilə məğlub edib və Səudiyyə Pro Liqasında titulu rəsmiləşdirib. “FOX Sports”-un matç protokoluna əsasən, “Əl-Nəsr”in qollarını Sadio Mane, Kinqsli Koman və iki dəfə Kriştiano Ronaldo vurub. Ronaldo 63-cü və 81-ci dəqiqələrdə fərqlənib. 

Bu titul Ronaldu üçün “Əl-Nəsr”də ilk rəsmi kubok olub. “Əl-Nəsr” AFC Çempionlar Liqası 2 finalında “Qamba Osaka”ya uduzduqdan sonra portuqaliyalı futbolçu hələ də Səudiyyə klubunda böyük titul qazana bilməmişdi, lakin komanda çempionatın son turu öncəsi Səudiyyə Pro Liqasında lider idi.

“TalkSPORT”-un məlumatına görə, “Əl-Nəsr” bu qələbə ilə 11-ci dəfə Səudiyyə Ərəbistanı çempionu olub və yeddi illik liqa titul həsrətinə son qoyub. Nəşr qeyd edir ki, 41 yaşlı Ronaldu ikinci qolundan sonra emosiyalarını saxlaya bilməyib və oyundan çıxarılarkən tribunalar tərəfindən alqışlanıb.

“The Sun” yazır ki, Ronaldu “Əl-Nəsr”lə üç ildən artıq gözlədiyi ilk titulunu qazandıqdan sonra göz yaşlarına hakim ola bilməyib. Məlumata görə, oyundan sonra portuqaliyalı ulduz komanda yoldaşları və azarkeşlər qarşısında baraban çalıb, tribunalar isə hər zərbəyə məşhur “Siu” reaksiyası ilə cavab verib.

Kriştianu Ronaldu “Əl-Nəsr”lə Səudiyyə Ərəbistanı çempionu olub. Portuqaliyalı ulduz son turda “Damak”a qarşı iki qol vuraraq komandasının 4:1 hesablı qələbəsində əsas rol oynayıb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.