Latviya Prezidenti Rusiyanın ittihamlarını təkzib edib

Latviya Prezidenti Edqars Rinkeviçs Rusiyanın Latviyanın hava məkanı və ərazisinin Rusiyaya qarşı hücumlar üçün istifadə olunmasına icazə verməsi barədə iddialarını təkzib edib.

1

Latviya Prezidenti Edqars Rinkeviçs Rusiyanın Latviyanın ərazisi və hava məkanının hücumlar üçün istifadə olunmasına icazə verməsi barədə iddialarını təkzib edib. Dövlət başçısı “X” hesabında yazıb ki, Rusiya Latviyanın hər hansı ölkəyə öz hava məkanından və ərazisindən Rusiyaya və ya başqa dövlətə qarşı zərbələr endirmək üçün istifadə etməyə icazə verdiyini iddia etməklə yalan məlumat yayır. 

Məsələ Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin Ukraynanın guya Latviya ərazisindən Rusiyaya pilotsuz uçuş aparatları ilə zərbələr hazırladığı barədə iddiasından sonra gündəmə gəlib. Latviya rəsmiləri bu iddiaları “uydurma” adlandırıb və ölkənin ərazisinin və hava məkanının Rusiyaya qarşı hücumlar üçün istifadə olunmadığını bildirib.

Ukrayna tərəfi də Rusiyanın ittihamlarını rədd edib. Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy bildirib ki, Kiyev Rusiyaya qarşı əməliyyatlarda Latviya ərazisindən və ya hava məkanından istifadə etmir və bunu etmək niyyətində deyil.

“Reuters”in məlumatına görə, Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında Baltik ölkələrinə qarşı xəbərdarlıq edib və NATO üzvlüyünün onları mümkün cavab tədbirlərindən qorumayacağını bildirib. Latviya isə bu bəyanatları təhdid və dezinformasiya kimi qiymətləndirərək Rusiyanın diplomatik nümayəndəliyinin rəhbərini Xarici İşlər Nazirliyinə çağırıb.

Hadisə Baltik regionunda təhlükəsizlik gərginliyinin artdığı bir vaxtda baş verir. Bundan əvvəl Ukraynaya məxsus pilotsuz uçuş aparatının Estoniya hava məkanına daxil olduğu, NATO-ya məxsus Rumıniya F-16 qırıcısı tərəfindən vurulduğu bildirilmişdi. Estoniya və Ukrayna insidentin Rusiya radioelektron müdaxiləsi nəticəsində baş vermiş ola biləcəyini qeyd ediblər.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.