İlham Əliyev Aleksandar Vuçiçlə görüşüb

Prezident İlham Əliyev mayın 17-də Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşüb. Görüş Vuçiçin WUF13 çərçivəsində Azərbaycana səfəri zamanı baş tutub.

242

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşüb. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat verilib. 

Görüş Serbiya Prezidentinin Bakıya səfəri çərçivəsində baş tutub. Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında — WUF13-də iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana gəlib. Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan və Serbiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında siyasi dialoq, enerji, iqtisadiyyat, nəqliyyat, müdafiə sənayesi və beynəlxalq platformalarda əməkdaşlıq əsas istiqamətlərdən hesab olunur. Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiç arasında bu il fevralın 15-də Belqradda da görüş keçirilmişdi.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.