“İnter” 2025/26 mövsümünün İtaliya çempionu oldu

“İnter” “Parma”nı 2:0 hesabı ilə məğlub edərək 2025/26 mövsümündə A Seriyasının qalibi olub. Kristian Kivu baş məşqçi kimi ilk mövsümündə skudetto qazandı.

11

Milan “İnter”i 2025/26 mövsümündə İtaliya “A Seriyası”nın qalibi olub. Klub çempionluğu “Parma” üzərində 2:0 hesablı qələbədən sonra rəsmiləşdirib və mövsümün başa çatmasına üç tur qalmış 21-ci skudettosunu təmin edib. “İnter”in rəsmi saytı da komandanın 21-ci dəfə İtaliya çempionu olduğunu açıqlayıb. 

San Siroda keçirilən görüşdə hesabı birinci hissənin əlavə vaxtında Markus Tyuram açıb. 80-ci dəqiqədə isə Henrik Mxitaryan fərqlənərək “İnter”in qələbəsini və çempionluq bayramını rəsmiləşdirib. “Neradzurri” bu nəticə ilə 2024-cü ildən sonra ilk dəfə yenidən İtaliya çempionu olub.

Bu uğur baş məşqçi Kristian Kivu üçün də xüsusi əhəmiyyət daşıyır. Rumıniyalı mütəxəssis “İnter”in baş məşqçisi kimi ilk mövsümündə skudettonu qazanıb. Kivu futbolçu kimi də “İnter”lə üç dəfə A Seriyasının qalibi olmuşdu və indi eyni klubla məşqçi kimi ilk böyük titulunu əldə edib.

“İnter” üçün bu çempionluq klub tarixində 21-ci İtaliya çempionluğudur. Milan təmsilçisi mövsüm ərzində sabit çıxışı, hücum xəttinin effektivliyi və həlledici mərhələdəki güclü seriyası ilə rəqibləri üçün əlçatmaz olub.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031