Nani Qazaxıstanda ilk qollarını vurdu

39 yaşlı Luis Nani “Aktobe”nin heyətində Qazaxıstandakı ilk qollarını vurub. Portuqaliyalı ulduz “Yelimay”a qarşı kubok matçında dubl edərək komandasını 1/4 finala daşıyıb.

209

Portuqaliyalı futbolçu Luis Nani Qazaxıstandakı ilk qollarını vurub. “Sports.ru”nun məlumatına görə, 39 yaşlı futbolçu “Aktobe”nin heyətində Qazaxıstan Kubokunun 1/8 finalında “Yelimay”a qarşı matçda dubl edib və daha sonra bu qolların videosunu sosial şəbəkədə paylaşıb. 

Aprelin 30-da Aktobedə keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nani ikinci hissədə — 59-cu və 83-cü dəqiqələrdə fərqlənərək “Aktobe”yə üstünlük qazandırıb. “Yelimay”ın yeganə qolunu isə oyunun sonlarında Ramazan Orazov vurub.

Matçdan sonra Nani görüşün ən yaxşı futbolçusu seçilib. Qazaxıstan mediası portuqaliyalı futbolçunun bu oyunda həlledici rol oynadığını və “Aktobe”nin kubokda 1/4 finala yüksəlməsinə birbaşa töhfə verdiyini yazıb.

Nani “Aktobe”yə 2026-cı ilin yanvarında qoşulub. Daha əvvəl “Mançester Yunayted”, “Sportinq”, “Fənərbaxça”, “Valensiya”, “Latsio” və digər klublarda çıxış etmiş portuqaliyalı vinger karyerasını bərpa edərək Qazaxıstan futboluna keçidi ilə diqqət çəkmişdi.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.