Mourinyo “Real Madrid”ə qayıda bilər

“The Athletic”in məlumatına görə, Florentino Peres Joze Mourinyonu “Real Madrid”in növbəti baş məşqçisi postuna əsas namizəd kimi görür.

15

“Real Madrid”də baş məşqçi postu ilə bağlı yeni iddia gündəmə gəlib. “The Athletic”in məlumatına görə, klub prezidenti Florentino Peres növbəti mövsüm üçün Joze Mourinyonu əsas namizəd kimi görür. Bildirilir ki, qərar prosesində Peres şəxsən fəal rol oynayır və portuqaliyalı mütəxəssisin “Santyaqo Bernabeu”ya qayıtmasını istəyir.

MSNews.az “SPORTbible”nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən, klub daxilində Mourinyonun namizədliyini hamı dəstəkləmir. Buna baxmayaraq, Peresin portuqaliyalı məşqçiyə rəğbəti və onunla yaxşı münasibətləri bu variantı ciddi namizədlər sırasına çıxarıb. “Real Madrid”in hazırkı baş məşqçisi Alvaro Arbeloanın mövsümün sonunda postundan ayrılacağı gözlənilir.

Mourinyo hazırda “Benfika”nı çalışdırır. O, bu mövsüm Çempionlar Liqasında “Real Madrid”lə qarşılaşarkən keçmiş klubu və sabiq futbolçusu Arbeloa ilə emosional görüş yaşamışdı. Portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə “Real Madrid”ə rəhbərlik edib və komanda ilə La Liqa, İspaniya Kuboku və İspaniya Superkubokunu qazanıb.

İddialara görə, Mourinyonun “Benfika” ilə müqaviləsində təxminən 3 milyon avroluq çıxış bəndi var. Bu isə onun mümkün Madrid qayıdışını maliyyə baxımından daha real variantlardan birinə çevirə bilər. Bununla belə, nə “Real Madrid”, nə “Benfika”, nə də Mourinyo tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
28 aprel 2026