“Denver” – “Minnesota” matçında korqi yarışında foto-finiş

NBA-də “Denver Nuggets” – “Minnesota Timberwolves” matçının fasiləsində keçirilən korqi yarışında qalibi müəyyənləşdirmək üçün foto-finişdən istifadə olunub.

19

NBA-də “Denver Nuggets” və “Minnesota Timberwolves” arasında keçirilən oyunun fasiləsində azarkeşlər üçün qeyri-adi yarış təşkil olunub. Meydana çıxarılan korqilər arasında qaçış o qədər gərgin keçib ki, qalibi müəyyənləşdirmək üçün foto-finişə baxmaq lazım gəlib. Hadisə sosial şəbəkələrdə qısa müddətdə böyük maraq doğurub.

“Denver”in ev oyunlarında korqi yarışları artıq azarkeş əyləncələrinin bir hissəsinə çevrilib. “Little Stumps Racing” daha əvvəl “Nuggets”in 2026-cı il korqi yarışının tam videosunu paylaşmış, yarış iştirakçılarını ayrıca təqdim etmişdi.

Matçın özü də gərgin pley-off seriyası çərçivəsində keçirilib. “Associated Press”-in məlumatına görə, “Minnesota Timberwolves” “Denver Nuggets” üzərində 112:96 hesablı qələbə qazanaraq seriyada 3:1 önə keçib. Oyunun fasiləsindəki korqi yarışı isə azarkeşlər üçün axşamın ən yaddaqalan və əyləncəli anlarından birinə çevrilib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930