Qəbələdə Andrey Babişin rəsmi qarşılanma mərasimi olub

Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə rəsmi mərasimlə qarşılanıb. Prezident İlham Əliyev Çexiya hökumətinin başçısını qəbul edib.

11

Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub. Mərasim hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda keçirilib və qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verdikdən sonra Çex Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Daha sonra fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib. Mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub. Qarşılanma mərasimi rəsmi foto çəkilişi ilə başa çatıb.

Qeyd edək ki, Andrey Babiş Azərbaycana rəsmi səfər çərçivəsində gəlib. Səfərin iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyət daşıdığı bildirilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
27 aprel 2026