Uemblinin önündə “Arsenal” azarkeşi Qvardiolaya yalvardı

FA Kubokunun yarımfinalı öncəsi Uembli yaxınlığında bir “Arsenal” azarkeşi Pep Qvardioladan Premyer Liqa titulunu Artetaya “verməsini” istəyib. Viral videoda azarkeşin məşqçiyə emosional reaksiya verdiyi görünür.

12

İngiltərədə FA Kubokunun yarımfinalı ərəfəsində sosial şəbəkələrdə sürətlə yayılan bir video futbol gündəminin diqqət mərkəzinə düşüb. Belə ki, kadrlarda bir “Arsenal” azarkeşinin Uembli stadionu yaxınlığında “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya səslənərək “Artetaya Premyer Liqanı ver” dediyi görünür. Qvardiola reaksiyasız şəkildə yoluna davam etdikdən sonra həmin azarkeş onu söyür və “həyatımı məhv etdin” ifadəsini işlədir. Bu video “433” kimi məşhur futbol səhifələri tərəfindən paylaşıldıqdan sonra geniş yayılıb. 

Hadisənin konteksti də diqqət çəkir. “Mançester Siti” həmin gün Uemblidə “Sauthempton”a qarşı FA Kubokunun yarımfinalına hazırlaşırdı. Eyni vaxtda Premyer Liqa çempionluğu uğrunda yarış da çox gərgin mərhələyə girib və “Siti” son nəticələrdən sonra “Arsenal”la birbaşa mübarizədə üstün mövqeyə yüksəlib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
25 aprel 2026