Noyer “Bavariya” ilə 2027-ci ilə qədər uzada bilər

Almaniya mediasının iddiasına görə, Manuel Noyer “Bavariya” ilə daha bir illik müqaviləyə razılaşıb və 2027-ci ilə qədər qala bilər. Lakin klub rəsmisi Kristof Froind bu məlumatın hələ təsdiqlənmədiyini bildirib.

24

“Bavariya”nın qapıçısı Manuel Noyerin müqaviləsini daha bir il uzadacağı barədə xəbərlər Almaniya mətbuatında güclənib.

“Abendzeitung”un “Bavariya” müxbiri Maksimilian Koxun məlumatına görə, 40 yaşlı qolkiper 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni birillik müqaviləyə razılaşıb və rəsmi açıqlama gözlənilir. Həmin məlumatda növbəti mövsümdə Noyerin oyun vaxtını gənc qapıçı Yonas Urbiqlə bölüşməsinin planlaşdırıldığı da bildirilir.

Ancaq bu məlumat hələ klub tərəfindən təsdiqlənməyib. “Goal”-un yazdığına görə, “Bavariya”nın idman direktoru Kristof Froind bu xəbərlərə reaksiya verərək müqavilə uzadılmasının artıq yekunlaşdığı barədə iddiaları təkzib edib və belə bir razılaşmanın hələ baş tutmadığını söyləyib. O, klubla Noyer arasında dialoqun davam etdiyini də vurğulayıb.

Rəsmi olaraq hazırkı durum budur ki, Noyerin “Bavariya” ilə qüvvədə olan müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Klub bunu 2025-ci ilin fevralında elan etmişdi. Yəni indi müzakirə olunan məsələ yeni müqavilə yox, mövcud anlaşmanın daha bir mövsüm – 2027-ci ilə qədər uzadılmasıdır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
30 aprel 2026