Mett Le Tissye “Grok” süni intellekti ilə mübahisə edib

Mett Le Tissye “Grok” süni intellekti ilə mübahisə edib. Futbolçu "chatbot"-u “kimtreylər” mövzusuna yönləndirdiyi üçün tənqid edib.

16

İngiltərə futbolunun tanınmış simalarından olan Mett Le Tissye sosial mediada süni intellektlə mübahisəsi ilə diqqət çəkib. “Sauthempton” klubunun keçmiş futbolçusu “Grok”-a təyyarələrin səmada buraxdığı izlər barədə sual ünvanlayıb.

Məlumata görə, Le Tissye təyyarə izlərinin niyə bəzən tez yoxa çıxdığını soruşub. Lakin “chatbot” cavabında mövzunu “kimtreylər” (chemtrails) adlı konspirasiya nəzəriyyəsinə yönəldib. Bu nəzəriyyəyə görə, bəzi təyyarələrin guya atmosferə kimyəvi maddələr səpdiyi iddia olunur.

Bundan sonra Le Tissye süni intellektin cavabına sərt reaksiya verərək İlon Maska məxsus süni intellekt sistemini “dövlət təbliğatı” aparmaqda ittiham edib. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.

Ekspertlər qeyd edirlər ki, təyyarə izləri əslində kondensasiya izləri adlanır və hava şəraiti, rütubət və temperaturdan asılı olaraq fərqli müddətdə görünə bilər. “Kimtreylər” isə elmi əsasları olmayan konspirasiya nəzəriyyəsi kimi qiymətləndirilir.