Bakı metrosunda nasazlıq: bəzi stansiyalar bağlandı

Bakı metrosunda kontakt relsdə yaranan nasazlıq səbəbilə "Ulduz"–"Nəriman Nərimanov" xəttində hərəkət məhdudlaşdırılıb, bəzi stansiyalar boşaldılıb.

205

Bakı Metropoliteni şəbəkəsində texniki nasazlıq səbəbilə bəzi stansiyalarda sərnişinlərin giriş-çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

Rəsmi məlumatda bildirilir ki, günorta saat 12:10 radələrində “Ulduz” metro stansiyası ilə “Nəriman Nərimanov” metro stansiyası arasındakı sahədə kontakt relsə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik səbəbilə həmin xətt üzrə bəzi stansiyalarda sərnişinlərin təxliyəsinə başlanılıb və Bakı Metropoliteni tərəfindən “Əhmədli” istiqamətində qatarların hərəkəti məhdudlaşdırılıb.

Qurumun açıqlamasına görə, hazırda nasazlığın aradan qaldırılması və elektrik təchizatının bərpası istiqamətində işlər aparılır. Problemin səbəbi araşdırılır və əlavə məlumatın daha sonra veriləcəyi bildirilir.

Sərnişinlərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031