“Barselona” formasında Olivia Rodriqo istinadı olacaq

"Barselona" növbəti El-Klasikoda Olivia Rodriqonun yeni albomuna istinad olunan xüsusi forma ilə meydana çıxa bilər. Layihə "Spotify" əməkdaşlığı çərçivəsində hazırlanır.

11

İspaniyanın “Barselona” klubu növbəti El-Klasiko qarşılaşmasında xüsusi dizaynlı formalarla meydana çıxa bilər. Məlumata görə, komandaların sinəsində yerləşən sponsor hissəsində müğənni Olivia Rodriqonun yeni albomuna istinad yer alacaq. Bu addım klubun “Spotify” ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən növbəti kampaniya hesab olunur.

Bildirilir ki, formaların üzərində sənətçinin yeni albomu “you seem pretty sad for a girl so in love” layihəsinə vizual və ya mətn formasında istinad olacaq. Son illərdə “Barselona” “Spotify” tərəfdaşlığı sayəsində formalarında müxtəlif dünya ulduzlarının brendlərini nümayiş etdirib.

Bundan əvvəl klub xüsusi El-Klasiko oyunlarında Drake, Rosalía, The Rolling StonesKarol G kimi məşhurlarla əməkdaşlıq etmişdi. Bu kampaniyalar həm marketinq, həm də forma satışları baxımından böyük maraq doğurmuşdu.

Yeni layihənin də El-Klasiko öncəsi qlobal diqqət yaratması gözlənilir. Klub tərəfindən rəsmi təqdimatın yaxın günlərdə açıqlanacağı ehtimal edilir.