Peter Madyar XİN rəhbəri postuna Orbanın namizədliyini irəli sürdü

Macarıstanda seçkilərin qalibi Peter Madyar gələcək hökumətinin ilk nazirlərini təqdim edib. Xarici işlər naziri postuna Anita Orban namizəd göstərilib.

70

Macarıstanda seçkilərdə qalib gələn “Tisza” Partiyasının lideri Peter Madyar gələcək hökumətinin ilk nazirlərini açıqlayıb.

MSNews.az yerli “Telex” nəşrinə istinadən xəbər verir.

Xarici işlər naziri postuna Anita Orbanın namizədliyi irəli sürülüb. Anita Orban “Tisza”nın xarici siyasət komandasına cəlb olunub və o, Viktor Orbanla qohum deyil.

Bu gün açıqlanan siyahıya əsasən, Andraş Karman maliyyə naziri, İştvan Kapitanya iqtisadiyyat və energetika naziri, Jolt Heqedüş səhiyyə naziri, Romulus Rusin-Sendi müdafiə naziri, Laslo Gaydoş yaşayış mühiti üzrə məsul nazir, Sabolç Bona isə kənd təsərrüfatı və ərzaq iqtisadiyyatı üzrə məsul nazir olacaq. Peter Madyar bildirib ki, gələcək hökumətdə ümumilikdə 16 nazir nəzərdə tutulur və digər adlar yaxın günlərdə açıqlanacaq.

“Tisza” Partiyası 12 aprel seçkilərində Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyub. Yekun sayım nəticəsində partiya parlamentdə 199 yerdən 141-ni qazanıb. Peter Madyarın hökumətinin mayın ortalarında formalaşması, özünün isə mayın 9-u və ya 10-da vəzifəyə başlaması gözlənilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930