İsrail əsgərinin Livanda İsa heykəlini dağıtması etiraz doğurdu

Cənubi Livanın Debel kəndində İsrail əsgərinin İsa Məsihin heykəlini dağıtmasını əks etdirən görüntü qalmaqal yaradıb. İsrail ordusu faktı təsdiqləyib və araşdırma başladıldığını açıqlayıb.

330

Cənubi Livanın əsasən xristianların yaşadığı Debel kəndində İsrail ordusuna mənsub bir əsgərin İsa Məsihin heykəlinə zərbə endirərək onu dağıtmasını əks etdirən görüntü geniş etiraz doğurub. Hadisə ilə bağlı yayılan foto və videoların həqiqiliyinin İsrail ordusu tərəfindən təsdiqləndiyi bildirilir.

“Reuters”-in məlumatına görə, söhbət ailəyə məxsus dini guşənin bir hissəsi olan xaç üzərindəki İsa heykəlindən gedir. Yerli ruhani Fadi Falfel bunu müqəddəs simvollara qarşı hörmətsizlik və təhqir kimi qiymətləndirib. Hadisə bölgədə onsuz da gərgin olan vəziyyət fonunda xüsusi narazılıq yaradıb.

İsrailin baş naziri Benyamin Netanyahu, xarici işlər naziri Gideon Saar və İsrail Müdafiə Qüvvələri baş verənləri pisləyib. Rəsmi şəxslər hadisəni “utancverici” və “qəbuledilməz” adlandıraraq araşdırma aparılacağını, məsul şəxslə bağlı tədbir görüləcəyini bildiriblər. İsrail ordusu həmçinin heykəlin bərpasına kömək etməyə hazır olduğunu açıqlayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.