Barselona Kanselunu ucuz qiymətə transfer etmək istəyir

"Barselona" Yaxın Şərqdəki gərginlik fonunda Joao Kanselunu "Al Hilal"dan daha ucuz qiymətə almağı planlaşdırır.

91

İspaniyanın “Barselona” klubu portuqaliyalı müdafiəçi Joao Kanselunu yenidən heyətinə qatmaq niyyətindədir. İddialara görə, klub bunu Yaxın Şərqdə artan gərginlik fonunda yaranan vəziyyətdən istifadə edərək həyata keçirmək istəyir.

Məlumata əsasən, regiondakı təhlükəsizlik riskləri səbəbilə bəzi futbolçular Səudiyyə Ərəbistanına qayıtmaq istəmir. Bu səbəbdən “Al Hilal” klubunda çıxış edən Kanselunun da transfer qiymətinin aşağı düşə biləcəyi ehtimal edilir. “Barselona” rəhbərliyi isə bu vəziyyətdən yararlanaraq futbolçunu daha münasib şərtlərlə transfer etməyi planlaşdırır.

Qeyd olunur ki, Kanselo daha əvvəl də icarə əsasında “Barselona”da çıxış edib və klub onun performansından razı qalıb. Buna görə katalonlar müdafiə xəttini gücləndirmək üçün bu transferi prioritetlərindən biri hesab edir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti