Almaniyanın “Bayern Munich” klubunun baş məşqçisi Vensan Kompani komanda bazasında maraqlı epizodun iştirakçısı olub. Klubun məşq mərkəzinə səfər edən Vatikan nümayəndə heyəti sarı-qara formada meydana çıxıb.
Bu rəngləri görən Kompani zarafatla onlara müraciət edərək, “Siz Borussia Dortmund heyəti deyilsiniz ki?” sualını ünvanlayıb.
Qısa dialoq sosial mediada gülüşlə qarşılanıb və futbol azarkeşləri arasında sürətlə yayılıb. Epizod Almaniyanın iki böyük klubu – Bavariya və Dortmund arasındakı rəqabət fonunda xüsusilə diqqət çəkib.