ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın İsrail və Türkiyənin bir-birinə baxışı ilə bağlı diqqətçəkən müqayisə apardığı sitat sosial mediada və regional mediada geniş yayılıb.
Dövriyyədə olan versiyaya görə, Barrak Təl-Əvivdə Türkiyənin “Osmanlı imperiyası 2.0”, İstanbulda isə İsrailin “Böyük İsrail” prizmasından görüldüyünü deyib.
“Əgər siz Təl-Əvivdə oyanıb qəzet oxusanız, orada nə görərsiniz? Qəzetdə 2.0 versiyalı Osmanlı imperiyasının sxemini görərsiniz. Vyandan Maldiv adalarına qədər uzanan bir Osmanlı imperiyası. Bəli, bu, İsrailin Türkiyənin gələcəyi haqqında təqdim etdiyi baxış bucağıdır” – deyə Barrak qeyd edib.
Səfir əlavə edib ki, vəziyyət əks tərəfdə də eynidir:
“Siz İstanbulda oyanıb qəzet oxuyursunuz – Vyandan Maldiv adalarına qədər uzanan Böyük İsrail sxemi görürsünüz”.
Ümumiyyətlə, Barrakın son dövrdə Türkiyənin regiondakı rolunu və Osmanlı sonrası Yaxın Şərq düzənini tez-tez qabartdığı təsdiqlənir.