Arman Tsarukyan ABŞ-da təyyarədən endirildi

UFC döyüşçüsü Arman Tsarukyanın ABŞ-da turnirə gedərkən təyyarədən endirildiyi bildirilir. Hadisənin səbəbi kimi komanda üzvlərinin uçuş qaydalarını pozması göstərilir.

379

UFC döyüşçüsü Arman Tsarukyan ABŞ-da turnirə yollanarkən sərnişin təyyarəsindən çıxarılıb. Açıq mənbələrdə yayılan məlumata görə, hadisə onun Filadelfiyaya uçan “American Airlines” reysində baş verib və Tsarukyanla birlikdə daha iki nəfər də reysdən endirilib. 

MMA media mənbələrinin yazdığına görə, insidentin səbəbi kimi komandasından bir nəfərin havaya qalxma zamanı telefondan istifadə etməsi, digər şəxsin isə qatlanan masanı açması göstərilir. Bu məlumat jurnalist Adam Zubayraevin paylaşımına istinadla yayılıb.

Məlumata əsasən, Tsarukyan “Real American Freestyle” turnirinə yollanırdı və həmin tədbirdə Urijah Faber ilə qarşılaşması gözlənilir. Hazırda onun turnirdə iştirak edib-etməyəcəyi ilə bağlı hər hansı məlumat təsdiqlənməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.