Dövlət Duması qoşunların xaricdə istifadəsi ilə bağlı layihəni qəbul etdi

Rusiya Dövlət Duması prezidentə xaricdə rusiyalıların müdafiəsi üçün ordudan istifadə imkanı verən qanun layihəsini birinci oxunuşda qəbul edib.

299

Rusiya Dövlət Duması prezidentə silahlı qüvvələrdən xaricdə istifadə etmək üçün əlavə hüquqi əsas verən qanun layihəsini birinci oxunuşda qəbul edib. 

MSNews.az “RBK”-ya istinadən xəbər verir.

Rusiya mediasının yaydığı məlumata görə, layihə xarici məhkəmələrin və ya digər dövlətlər tərəfindən səlahiyyət verilmiş qurumların qərarı ilə rusiyalıların həbs edildiyi, saxlanıldığı və ya cinayət təqibinə məruz qaldığı halları əhatə edir. Qanun layihəsi hökumət tərəfindən təqdim olunub və prezidentin qərarı ilə dövlət orqanlarının, o cümlədən silahlı qüvvələrin bu məqsədlə cəlb olunmasına imkan yaradır.

Dumanın Müdafiə komitəsinin sədri Andrey Kartapolov layihəni “Rusiya vətəndaşlarının hüquq, azadlıq və qanuni maraqlarının qorunması”, həmçinin “xarici qanunsuz təcavüzlər” və “rusofobiya kampaniyasına” qarşı tədbir kimi təqdim edib. Bu formulasiya rusiyalıların bəzi xarici məhkəmə və ya hüquq-mühafizə qərarlarının siyasi motivli hesab edildiyi hallara aid edilir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.