Polşalı deputat İsraili “yeni Üçüncü Reyx” adlandırdı

Polşada deputat Konrad Berkoviç parlamentdə svastika təsvirli İsrail bayrağı nümayiş etdirib və İsraili “yeni Üçüncü Reyx” adlandıraraq qalmaqal yaradıb.

14

Polşada parlament iclası zamanı qalmaqallı hadisə baş verib. İfrat sağçı “Konfederasiya” partiyasından deputat Konrad Berkoviç çıxışı zamanı üzərində svastika təsvir edilmiş İsrail bayrağı nümayiş etdirib və İsraili “yeni Üçüncü Reyx” adlandırıb. Hadisə Sejm-də sərt etirazlara səbəb olub.

Xəbəri “TVPWorld” nəşrinə istinadən veririk.

Məlumata görə, Berkoviç bu addımını İsrailin Qəzzadakı hərbi əməliyyatlarına etirazla əsaslandırıb və ölkəni soyqırımı törətməkdə ittiham edib. Onun çıxışı həm parlament rəhbərliyi, həm də bir sıra siyasətçilər tərəfindən pislənib.

İsrail tərəfi də insidentə sərt reaksiya verib. Media məlumatlarına əsasən, bu addım antisemitizm və Holokostun təhrif olunması kimi qiymətləndirilib. Hadisə xüsusilə Holokost Anım Günü fonunda daha böyük rezonans doğurub.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.