Norveçli xizək əfsanəsi Yohannes Høsflot Klæbo, Erlinq Haalanddan sonra “Norway Chess” layihəsinə qoşulan növbəti tanınmış investor olub.
“Reuters”-in məlumatına görə, Klebo yeni “Total Chess World Championship Tour” layihəsinə sərmayə yatırıb və bu təşəbbüs artıq FIDE tərəfindən təsdiqlənib.

Yeni layihənin məqsədi şahmatda üç fərqli intizamı — “Fast Classic”, rapid və blitsi — birləşdirərək vahid qalib müəyyənləşdirməkdir. “Norway Chess”-in rəsmi izahına əsasən, yekunda bu seriya üzrə ən uğurlu iştirakçı FIDE World Combined Champion adını qazanacaq.
Yarışın 10–24 noyabr 2026 tarixlərinə planlaşdırıldı deyilir. Tam mövsümlük start isə 2027-ci il üçün nəzərdə tutulub. “Reuters” həmçinin bildirir ki, Klebo əlavə kapital yatıran qrupun bir hissəsidir və bu mərhələdə layihəyə daha 10 milyon dollar cəlb olunub.
Haalandın bu layihəyə daha əvvəl qoşulduğu da rəsmi şəkildə açıqlanmışdı. “Norway Chess” mart ayında onun investor kimi daxil olduğunu və yeni turun 2026-cı ilin payızındakı pilot yarışdan sonra 2027-ci ildə tam formatda işə düşəcəyini elan etmişdi.