Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycanın İrandakı səfirliyi 12 aprel tarixində fəaliyyətini yenidən bərpa edib. XİN-in məlumatına görə, diplomatik missiya ilkin mərhələdə məhdud heyətlə işləyəcək və fəaliyyəti mərhələli şəkildə qurulacaq. 

13

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanın İrandakı səfirliyi 12 aprel tarixindən fəaliyyətini yenidən bərpa edib. İlk mərhələdə diplomatik nümayəndəlik səfirin, eləcə də az sayda diplomatik və inzibati əməkdaşın iştirakı ilə məhdud tərkibdə işləyəcək. Nazirlik bildirib ki, təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq səfirliyin fəaliyyəti mərhələli şəkildə qurulacaq.

Rəsmi açıqlamada vurğulanıb ki, səfirliyin hərbi əməliyyatların dayanmasından və ABŞ-İran arasında iki həftəlik atəşkəs elan olunmasından qısa müddət sonra işini bərpa etməsi Azərbaycanın qonşu və dost İranla münasibətlərə verdiyi xüsusi önəmin göstəricisidir. XİN eyni zamanda, Azərbaycanın regionda davamlı sülh və sabitliyə yönəlmiş təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edib.

Bu addım martın 6-da təhlükəsizlik səbəbilə Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki baş konsulluğunun əməkdaşlarının təxliyəsi qərarından sonra atılıb. Həmin vaxt rəsmi Bakı İran dronlarının Naxçıvan istiqamətində sərhədi keçdiyini və nəticədə dörd nəfərin yaralandığını bildirmiş, XİN əməkdaşların həyatını riskə ata bilməyəcəyini açıqlamışdı. İran isə dronları buraxdığını inkar etmişdi.

Beləliklə, səfirliyin yenidən fəaliyyətə başlaması Bakı-Tehran münasibətlərində gərgin mərhələdən sonra diplomatik kanalların bərpası baxımından diqqətçəkən addım kimi qiymətləndirilə bilər. Bununla belə, rəsmi açıqlamanın özündən də göründüyü kimi, səfirliyin tammiqyaslı fəaliyyəti hələlik yox, mərhələli şəkildə təşkil olunacaq.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930