Efiopiyanın Asosa bazası ÇDQ-nə dəstək verib

Yel HRL-in yeni hesabatına görə, Efiopiyanın Asosa şəhərindəki hərbi baza son beş ayda Çevik Dəstək Qüvvələrinə (RSF) logistik və hərbi dəstək üçün istifadə olunub. "Reuters"-in əvvəlki araşdırmaları da bölgədə gizli düşərgə və hava infrastrukturu barədə iddiaları gündəmə gətirmişdi.

36

YelUniversitetinin Humanitar Tədqiqatlar Laboratoriyası (HRL) 8 aprel tarixli yeni hesabatında bildirib ki, Sudan sərhədinə yaxın, Efiopiyanın Asosa şəhərində yerləşən ENDF bazasında son beş ay ərzində Sudanın “Çevik Dəstək Qüvvələri”nə (RSF) hərbi-logistik yardım əlamətləri müşahidə olunub.

HRL bunu “beş aylıq dövr üzrə aydın vizual sübutlar” kimi təqdim edir və bu fəaliyyətin Sudanın Göy Nil ştatındakı ÇDQ əməliyyatları ilə üst-üstə düşdüyünü yazır.

Hesabatda əsas göstəricilər kimi kommersiya daşıyıcıları ilə gətirilən və yerində boşaldılan “technical” tipli pikaplar, həmin maşınlara ağır silah qurğularının quraşdırılması, Efiopiya ordusunun standart fəaliyyətinə uyğun gəlməyən ağ zirehli nəqliyyat vasitələri, eləcə də konteyner, yanacaq çənləri və çadırların artması göstərilir. “Arab News”-un AFP-yə istinadən verdiyi xülasədə də qeyd olunur ki, bazada 150 nəfərlik yerləşdirməyə uyğun çadırlar və intensiv qeyri-hərbi yük maşını hərəkəti görünür.

HRL-nin qiymətləndirməsinə görə, Asosa bazası Sudan sərhədindən təxminən 100 kilometr məsafədə yerləşən və təchizat, modifikasiya, yerləşdirmə və keçid üçün istifadə olunan strateji mərkəzə çevrilib.

“Reuters”-in fevral araşdırması da bölgədə ayrıca gizli təlim düşərgəsinin qurulduğunu, Asosa hava limanında yeni anqar və dron idarəetmə infrastrukturu yaradıldığını göstərmişdi. Həmin araşdırmada səkkiz mənbə BƏƏ-nin düşərgənin tikintisini maliyyələşdirdiyini və logistik dəstək verdiyini desə də, “Reuters” bunu müstəqil şəkildə tam təsdiqləyə bilmədiyini ayrıca vurğulamışdı.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930