Malayziyanın “Genting Highlands” bölgəsində yerləşən “First World Hotel & Plaza” otaq sayı baxımından dünyanın ən böyük oteli statusunu qoruyur. Otel 7351 otaqlıq tutumu ilə qlobal siyahının zirvəsində qərarlaşıb və bütün bu otaqlar eyni dam altında yerləşir.
Otel ilk dəfə 2006-cı ildə 6118 otaqla fəaliyyətə başlayıb. 2008-ci ildə Las-Veqasdakı “Venetian Hotel” 7 128 otaqla liderliyə yüksəlsə də, “First World Hotel” 2015-ci ildə tamamlanan ikinci qüllə sayəsində yenidən birinci yerə qayıdıb.
Kuala-Lumpurdan təxminən 50 kilometr şimalda, Pahanq bölgəsində yerləşən kompleks “Genting Group” tərəfindən inşa edilib.Pandemiyadan əvvəl otel orta hesabla 90 faiz doluluqla işləyirdi və hazırda da tam tutuma yaxın fəaliyyət göstərir.
Hazırda otelin otaq fondu 3164 standart otaq, 2922 lüks otaq, 649 lüks üçnəfərlik otaq, 480 üstün səviyyəli lüks otaq və 136 “World Club” otağından ibarətdir. Bu göstərici “First World Hotel & Plaza”-nı təkcə Malayziyanın deyil, bütün dünyanın ən iri konaklama mərkəzlərindən birinə çevirir.