İtaliya millisinin bonus istəyi iddiası təsdiqlənməyib

İtaliya millisinin Bosniya oyunu öncəsi federasiyadan 300 min avro bonus istədiyi iddiası yayılıb. Hələlik bu məlumat rəsmi və etibarlı mənbələrlə təsdiqlənməyib.

34

İtaliya millisinin futbolçularının Bosniya və Hersoqovina ilə DÇ-2026 pley-off oyunu öncəsi federasiyadan ümumilikdə 300 min avro fərdi bonus tələb etdiyi barədə iddia yayılıb. Məlumata görə, istək matçdan əvvəl rədd edilib, daha sonra isə italiyanlar Bosniyaya penaltilərlə uduzaraq mundialdan kənarda qalıblar.

Ancaq hazırda bu məlumat İtaliya Futbol Federasiyasının rəsmi açıqlaması ilə təsdiqlənməyib.