ABŞ-da benzin 4,1 dolları keçdi

ABŞ-da requlyar benzinin orta qiyməti 4,104 dollara yüksəlib. Dizel 5,583 dollar, Kaliforniyada isə benzin 5,915 dollardır. Hazırkı göstərici yüksək olsa da, nə 2022 rekordunu, nə də 2008 zirvəsini ötürüb. 

31

ABŞ-da benzinin orta pərakəndə qiyməti artmaqda davam edir. “AAA“-nın 4 aprel 2026-cı il tarixinə olan məlumatına görə, requlyar benzinin orta qiyməti bir qallon üçün 4,104 dollara çatıb. Eyni mənbəyə əsasən, dizel yanacağının milli orta qiyməti 5,583 dollar, Kaliforniyada regular benzinin orta qiyməti isə 5,915 dollardır. 

Bu artım ABŞ-da benzinin orta qiymətinin 2022-ci ilin avqustundan bəri ilk dəfə 4 dollar həddini keçməsindən sonra baş verir. Son bahalaşmanın əsas səbəbi Yaxın Şərqdəki müharibə fonunda neft tədarükünün pozulması və Hörmüz boğazı ətrafında yaranmış gərginlikdir.

ABŞ-da requlyar benzinin tarixi rekord orta qiyməti 14 iyun 2022-ci ildə 5,016 dollar olub. 2008-ci ilin 17 iyulunda qeydə alınmış əvvəlki zirvə isə 4,114 dollar idi.

Nəşrin 4 aprel üzrə ştat göstəricilərindən görünür ki, hazırda 19 ştatda və Vaşinqton şəhərində orta benzin qiyməti artıq 4 dolları keçib. Yəni qiymətlər geniş coğrafiyada bahalaşıb, amma bütün 50 ştat üzrə 4 dollardan yuxarı vahid mənzərə hələ formalaşmayıb.