Hörmüzdən ilk Avropa gəmisi keçdi

Fransız şirkəti CMA CGM-yə məxsus konteyner gəmisi müharibədən sonra ilk dəfə Hörmüz boğazından keçən Avropa gəmisi olub. (Sözcü)

309

İranın məhdudiyyətlər tətbiq etdiyi Hörmüz boğazından müharibə başlayandan sonra ilk dəfə Avropa Birliyinə məxsus gəmi keçib. MSNews.az-ın AFP-yə istinadən yaydığı məlumata görə, Fransanın CMA CGM şirkətinə aid CMA CGM Kribi adlı konteyner gəmisi boğazdan hədəf alınmadan keçərək marşrutunu davam etdirib. 

Xəbərdə bildirilir ki, İran daha əvvəl Çin və Hindistan gəmilərinə keçidə icazə vermişdi. Fransız yük gəmisinin keçidi isə müharibə başlayandan bəri boğazdan keçən ilk Avropa gəmisi kimi qeydə alınıb. Fransa və İran rəsmiləri keçidlə bağlı hələlik rəsmi açıqlama verməyib.

Məqalədə qeyd olunur ki, bu hadisə Körfəz ölkələrinin BMT-də Hörmüz boğazına beynəlxalq hərbi əməliyyat nəzərdə tutan layihə hazırlığı fonunda baş verib. İran isə həmin təşəbbüsü veto edəcəyini bəyan edib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.