Konqoda silahlılar 43 mülki şəxsi qətlə yetirdi

Konqo Demokratik Respublikasında ADF üsyançılarının hücumu nəticəsində 43 mülki şəxs ölüb. Hücum zamanı evlər yandırılıb, bölgədə panika artıb. 

232

Konqo Demokratik Respublikasında silahlı hücum nəticəsində 43 mülki şəxs öldürülüb. “Sözcü“-nün yaydığı məlumata görə, hücumu Demokratik İttifaq Qüvvələri (ADF) adlı üsyançı qrup Bafvakoa kəndində həyata keçirib. 

Məqalədə bildirilir ki, hücum zamanı çoxsaylı evlər talan edilib və yandırılıb. Ölənlərin əksəriyyətinin mədən işçiləri olduğu qeyd olunur. Son günlər ADF-nin hücumları intensivləşdirdiyi üçün bölgədə panika artıb, çox sayda sakin yeni hücum qorxusu ilə kəndlərini tərk edib.

Xəbərə görə, Konqo ordusu bölgəyə əlavə qüvvələr göndərib. 1990-cı illərin sonlarından etibarən Uqanda və Konqoda fəaliyyət göstərən ADF-nin müxtəlif silahlı qrupların keçmiş üzvlərinin birləşməsi ilə yaradıldığı bildirilir. Məlumata əsasən, bu qrupun hücumları nəticəsində 2014-cü ildən bəri minlərlə mülki şəxs öldürülüb, yüz minlərlə insan isə məcburi köçkünə çevrilib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.